PDF Oxu

Dünya

  • 2 564

ABŞ Venesuela prezidenti Maduronun təyyarəsini ələ keçirib

ABŞ Venesuela prezidenti Maduronun təyyarəsini ələ keçirib

ABŞ hakimiyyəti Venesuela prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirərək onu ABŞ-ın Florida ştatına göndərib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN məlumat yayıb.

ABŞ-ın fikrincə, təyyarə Venesuelaya qarşı tətbiq edilən sanksiyalardan yan keçmək üçün alınıb və müsadirə edilməlidir.

Son bir neçə ay ərzində prezident təyyarəsi Dominikan Respublikasında olub və Amerika kəşfiyyat orqanları Dominikanlı həmkarları ilə birlikdə onu həbs edib təyyarəni ələ keçirə biliblər.

ABŞ Maduronun üçüncü müddətə yenidən seçilməsinə səbəb olan iyulun sonunda keçirilən prezident seçkilərindən sonra hökumətə qarşı sanksiyaları gücləndirib.

Həm Venesuela müxalifəti, həm də ABŞ daxil olmaqla beynəlxalq ictimaiyyət Maduronu nəticələri saxtalaşdırmaqda ittiham edərək, seçkilərin legitimliyini tanımır.

ABŞ-ın məlumatına görə, əsl qalib müxalifət namizədi Edmundo Qonzales olub. Elan edilmiş nəticələrə cavab olaraq, Venesuelada kütləvi etirazlar başlayıb, bu aksiyalar zamanı mindən çox adam həbs edilib, on nəfərə yaxın insan həlak olub.

Qeyd edək ki, 2020-ci ildə ABŞ Maduronu narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulmasında ittiham edib. Ali Məhkəmənin sədri və müdafiə naziri də daxil olmaqla, digər yüksək vəzifəli Venesuela rəsmiləri də ittiham olunublar. ABŞ-da onlara qarşı cinayət işi açılıb.

Əli Babayev

Digər xəbərlər