PDF Oxu

Dünya

  • 2 547

Britaniya İsrailə silah tədarükünü qismən dayandırır

Britaniya İsrailə silah tədarükünü qismən dayandırır

Böyük Britaniya bu ölkənin İsrailə verdiyi 350 silah lisenziyasından 30-nu dayandırıb. Bunu Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Lammi deyib. Onun sözlərinə görə, İsrailin bu silahlardan istifadəsinin beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasına gətirib çıxara biləcəyi riski yüksəkdir.

SİA-nın əldə etdiyi məlumata görə, Lammi bildirib ki, bu, İsrailə silah tədarükünə tam qadağa deyil və Londonun İsrailin özünümüdafiə hüququnun təmin edilməsinə sadiq qaldığını vurğulayıb.

Eyni zamanda, nazir qeyd edib ki, qadağa İsrailin Qəzza zolağında HƏMAS radikal qruplaşmasına (ABŞ və Aİ-də terrorçu kimi tanınır) qarşı apardığı müharibədə potensial olaraq istifadə edə biləcəyi silahlara təsir edəcək.

Lammi vurğulayıb ki, Britaniyadan gələn tədarüklər İsrailin bütün silah idxalının 1 faizdən çoxunu təşkil etmir, yəni müvəqqəti qadağa, onun fikrincə, heç bir şəkildə ölkənin təhlükəsizliyinə təsir etməyəcək.

Əli Babayev

Digər xəbərlər