PDF Oxu

Dünya

  • 2 214

Filippində daşqın və torpaq sürüşməsi olub - 14 nəfər ölüb

Filippində daşqın və torpaq sürüşməsi olub - 14 nəfər ölüb

Filippinin şimalını təsir edən şiddətli fırtınadan sonra meydana gələn sel və torpaq sürüşmələrində 14 nəfər həyatını itirib.SİA xarici KİV-ə istinadən xəbər verir ki, Filippində təsirli olan "Yagi" tropik fırtınası bölgədə güclü yağış, sel və torpaq sürüşməsinə səbəb olub.Səlahiyyətlilər fırtınadan sonra baş verən sel və torpaq sürüşmələri nəticəsində 14 nəfərin öldüyünü bildirib. Digər tərəfdən şiddətli tufan dəniz və hava nəqliyyatına da mənfi təsir göstərib. Aeroport rəsmiləri əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi daxili uçuşların dayandırıldığını açıqlayıb. Filippinin şimalındakı bir çox ştatda fırtına xəbərdarlığı davam edir.

Digər xəbərlər