Niderland Ukraynaya 200 milyon avro məbləğində yeni yardım paketi ayırıb. SİA xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Dik Şuf Zaporojye şəhərinə səfəri zamanı “X” sosial şəbəkəsindəki hesabında məlumat verib."Biz Ukraynaya kömək etmək üçün əlimizdən gələni etməliyik. Özü də təkcə cəbhədə yox, həm də gündəlik həyatda. Buna görə də Niderland 200 milyon avrodan artıq məbləğdə yeni yardım paketi təqdim edir”, - o qeyd edib.Baş nazirin sözlərinə görə, vəsait ilk növbədə, enerji infrastrukturunun qorunması və təmirinə, eləcə də humanitar yardımın göstərilməsinə yönəldiləcək.Qeyd edək ki, bu, Dik Şufun Niderlandın baş naziri postunda Ukraynaya ilk səfəridir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...