La-Manş boğazından Böyük Britaniya istiqamətində üzən qayığın Fransa sahillərində qəzaya uğraması nəticəsində 10-a yaxın miqrant həlak olub. SİA xəbər verir ki, içərisində təxminən 70 nəfərin olduğu qayıq bu gün səhər saatlarında batıb. Fransanın şimalındakı Pa-de-Kale departamentinin Le Portel kommunasının hakimiyyət orqanları genişmiqyaslı xilasetmə əməliyyatı aparır. Sudan sağ çıxarılanların bir çoxunun vəziyyətinin ağır olduğu bildirilir.
Xilasedici helikopterlərin enə bilməsi üçün sahildəki çimərlik bağlanıb. Hadisə yerində polis, xilasedicilər və təcili yardım xidməti fəaliyyət göstərir. Fransanın daxili işlər nazirli Cerald Darmanenin də hadisə yerinə gələcəyi gözlənilir.
Yaralılar Bulon-sur-Mer şəhərindəki xəstəxanalara çatdırılır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...