Paris Olimpiadasının iştirakçısı Uqandalı qaçışçı Rebekka Çepteqey bədəninin 75 faizinin yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Sky Sports yazır.
Qeyd olunur ki, mübahisə zamanı idmançının sevgilisi onun üstünə benzin qutusu tökərək yandırıb. Hadisə idmançının evində baş verib.
Ona hücum edən Dixon Ndiema da xəstəxanaya aparılıb. Polisin məlumatına görə, cütlük qaçışçının evinin tikildiyi torpaq sahəsi üstündə mübahisə edib. 33 yaşlı Çepteqey Parisdə keçirilən Olimpiya Oyunlarında iştirak edib. O, 44-cü yeri tutub.
...Bundan əvvəl Olimpiya Oyunlarında könüllü kimi çalışan qız Parisin Emile Blemont küçəsindəki mənzildə ölü tapılmışdı. Onun münasibətdə olduğu başqa bir könüllü tərəfindən öldürüldüyü iddia edilir. Qətlə yetirilən 21 yaşlı qızın başında hematoma, boynunda isə yara aşkarlanıb. Meyit ekspertizaya aparılıb. Olimpiadanın bağlanmasından sonra könüllü yoxa çıxıb, bundan sonra anası Fransa polisi ilə əlaqə saxlayıb.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...