"Rus casusu" Xvaldimirin güllələndiyi ehtimal olunur…
...Heyvan haqları qrupları bazar günü Norveç sahillərində ölü tapılan Xvaldimir ləqəbli beluga balinasının tapança ilə vurulduğunu bildiriblər. Onlar Norveç polisi ilə əlaqə saxlayıb, araşdırmaya başlamalarını tələb ediblər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, balinanın leşi sentyabrın 1-də Stavanger yaxınlığında dənizdə aşkar edilib.
İki gün əvvəl ətraf mühit təşkilatları Xvaldimiri tamamilə sağlam gördüklərini bildirdilər.
Leş yarılma və ölüm səbəbinin müəyyən edilməsi üçün Norveç Baytarlıq İnstitutuna aparılıb. Klinikaya görə, prosedur üç həftəyə qədər davam edə bilər. Bununla belə, One Whale cetacean mühafizə cəmiyyətinin rəhbəri Regina Crosbi Haug, Xvaldimirin bədənində çoxsaylı güllə yaraları gördüyünü söyləyib.
Heyvanları müdafiə edən iki cəmiyyət - One Whale və Nuh tərəfindən polisə verilən açıqlamada bildirilir ki, güllə yaralarının olması bir neçə baytar, bioloq və ballistika mütəxəssisi tərəfindən təsdiqlənib.
Balinanı izləyən başqa bir qrupun, Marine Mind-in əməkdaşları tələsik açıqlama verməməyi təklif edir və cəsədin zədələnməsinə, məsələn, quşların səbəb ola biləcəyini deyirlər.
Əli Babayev
Donald Tramp Təzyiq olmadan aparılan danışıqlar heç bir nəticə verməyib...
...işğal olunmuş ərazilərdə baş verən fəlakətə görə: sakinlər elektrik enerjisinin, suyun çatışmazlığından və “kosmik” qiymətlərdən şikayətlənirlər
Kreml hakimiyyət şaqulinin harada uğursuzluğa düçar olmağa başladığını araşdırır...
Müharibə getdikcə Rusiyanın "böyüklüyünün" təməlini sarsıdır...
Yeni səfərbərlik etirazlara səbəb ola bilər...
Bu, sadəcə yeni bir nəqliyyat marşrutu deyil…
ABŞ prezidenti tezliklə qətiyyət göstərmək şansına sahib olacaq...
Rusiya elitası yeni nəsil potensial varisləri müzakirə edir...
Kreml hətta Moskvanı belə qorumağa qadir deyil...