Dünya

  • 997

Maduronun ikinci təyyarəsi də Dominikanda saxlanılıb

image

Venesuela liderı Nikolas Maduronun ikinci təyyarəsi Dominikan Respublikasında saxlanılıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Diario Libre xəbər verir ki, Dassault Falcon 2000 təyyarəsi Higuero hava limanında yerləşir.

...Jetphotos məlumat bazasına görə, Maduronun təyyarəsi 2019-cu ilin sentyabrında yalnız bir uçuş həyata keçirib. Sonra təyyarə o vaxt Venesuelanın müttəfiqi olan Maltaya uçub. Uçuş izləmə platformalarında qeydiyyat nömrəsi YV-3360 olan bu təyyarənin başqa heç bir qeydi görünməmişdir.

…Ötən bazar ertəsi CNN iki yüksək rütbəli amerikalı məmura istinadən xəbər verdi ki, Birləşmiş Ştatlar rəsmiləri eyni hava limanında daha bir Maduro təyyarəsini müsadirə edib, çünki onun alınması Amerika sanksiyalarını pozub.

Təxminən 13 milyon dollar dəyərində olan Dassault Falcon 900-ün müsadirə edilməsində ABŞ-ın bir neçə federal qurumu, o cümlədən Daxili Təhlükəsizlik Təhqiqatları Departamenti, Sənaye və Təhlükəsizlik Bürosu və Ədliyyə Nazirliyi iştirak edib. CNN-in həmsöhbətlərindən birinin sözlərinə görə, ABŞ hakimiyyəti Dominikan Respublikası ilə sıx əməkdaşlıq edib və bu ölkə Venesuelaya təyyarənin müsadirəsi barədə məlumat verib.

ABŞ rəsmiləri ələ keçirilən təyyarəni dövlət səfərlərində Maduronu bütün dünyaya aparan Air Force One-ın Venesueladakı ekvivalenti kimi qiymətləndiriblər.

…Venesuela ən korrupsiyalaşmış ölkələrdən biri hesab olunur. Vaşinqtonun fikrincə, bir sıra Venesuelalı hərbçi və siyasətçilər narkotik ticarəti və qeyri-qanuni mədənçiliklə məşğuldur.

Əli Babayev

Digər xəbərlər