Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı üzrə razılaşma deyil, atəşkəs olmalıdır. SİA xəbər verir ki, Orban bu fikri İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda çıxışı zamanı səsləndirib. "Hər iki tərəf üçün məqbul olan və qəbul edilən sülh planını gözləsək, heç vaxt sülh olmayacaq. İlk addım sülh planı deyil, atəşkəsdir", - deyə o bildirib.
Viktor Orbanın fikrincə, Ukrayna böhranı bütün dünyanın, o cümlədən Avropanın hər iki tərəfi sülhə doğru irəliləməyə sövq edəcəyi beynəlxalq kontekstə ehtiyac duyur. "Bu beynəlxalq kontekst olmadan hər iki tərəfi inandırmaq çox çətin olacaq. Ona görə də sülh ideyasını dəstəkləyən dostlara ehtiyac var", - deyə Macarıstan lideri vurğulayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...