Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Uilyam Spindler milyonlarla insanın Banqladeşdə baş verən daşqından zərər çəkdiyini bildirib. SİA-nın əldə etdiyi məlumata görə, Uilyam Spindler Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki ofisində keçirdiyi mətbuat konfransında Banqladeşdə baş verən təbii fəlakəti qiymətləndirib.
Təbii fəlakətin milyonlarla insana mənfi təsir etdiyini bildirən U.Spindler təxminən 1 milyon Rohinca müsəlmanına ev sahibliyi edən Koks Bazar bölgəsinin də ciddi zərər gördüyünü deyib.
Spindler qeyd edib ki, leysan yağışları Rohinca müsəlmanlarının qaldığı qaçqın düşərgələrində daşqın və torpaq sürüşməsinə səbəb olub.
Banqladeş Fəlakətlərin İdarə Edilməsi və Yardım Nazirliyi daşqınlar nəticəsində 67 nəfərin həyatını itirdiyini açıqlayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...