"Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin perspektivləri rəsmi Kiyevə maliyyə və hərbi yardıma yönəlmiş avropalı alıcılardan asılıdır". SİA-nın əldə etdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin bu sözləri Şərq İqtisadi Forumunun plenar iclasında səsləndirib.
"Qazprom"un Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair müqaviləsinin müddəti 2024-cü ildə başa çatır və rəsmi Kiyev onu yeniləmək istəmədiyini bəyan edib.
"Ukraynaya gəlincə, biz bu tranzitdən imtina etmirik, çünki biz və "Qazprom" şirkəti uzunmüddətli müqavilələrimiz olan müştərilərimiz qarşısında bütün öhdəliklərimizi yerinə yetirmək niyyətindəyik. Müddəti 2024-cü il dekabrın 31-də başa çatan tranzit müqaviləsi var. Amma Ukrayna bu tranzitdən imtina edərsə, biz onları məcbur edə bilmərik", - deyə Rusiya prezidenti bildirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...