Dünya

  • 910

Ermənistan Putinin “həbs edilməsi” bəyannaməsindən imzanı geri götürüb

image

Ermənistan Avropa Şurasının Rusiya prezidenti Vladimir Putinin "həbs edilməsi" ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin orderini dəstəkləyən bəyannaməsindən öz imzasını geri götürüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu Avropa Şurasının saytında dərc edilmiş sənədin yekun variantının məlumatları sübut edir.

Bəyannamənin dərc olunmuş mətnindən məlum olduğu kimi, onu Litva, Latviya, Estoniya, Ukrayna və Moldova, həmçinin ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya, Gürcüstan və bir sıra digər ölkələr dəstəkləyib.

Eyni zamanda, sənəd layihəsində olan İrəvanın imzası da yoxdur. Rəsmi olaraq respublika hakimiyyəti bəyannamənin imzalanmasına münasibət bildirməyib.

Qeyd edək ki, Avropa Şurasının üzvləri sənədi sentyabrın 6-da qəbul ediblər. O, "Ukraynaya qarşı təcavüz cinayətlərinə görə" xüsusi tribunalın yaradılmasını tələb edir, həmçinin Putinin, uşaq ombudsmanı Mariya Lvova-Belovanın, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun və Rusiyanın digər siyasi xadimlərinin "həbs edilməsi" üçün Beynəlxalq Cinayət Məhkəməsinin orderlərini sadalayır.

Əli Babayev

Digər xəbərlər