Rusiyada istehlak qiymətlərində eniş qeydə alınıb. SİA Rosstat məlumatlarına istinadən xəbər verir ki, bu, 0,02 faiz təşkil edib.
Söhbət avqustun 27-dən sentyabrın 2-dək olan müddətdən gedir.
Bu dinamika 2023-cü ilin fevralından bəri ilk dəfə müşahidə olunur. Qeyd edildiyi kimi, ərzaq məhsulları seqmentində azalma 0,01 faiz səviyyəsində qiymətləndirilir. İllik ifadədə qiymət artımı 9,01 faizdən 8,87 faizə qədər azalıb.
O cümlədən, meyvə-tərəvəzin qiymətləri 1,66 faiz ucuzlaşıb. Bəzi məhsullar üçün qiymət endirimləri kifayət qədər əhəmiyyətli olub. Belə ki, yerkökü 4,6 faiz, ağ kələm 4,3 faiz, kartof 3,5 faiz, çuğundur 3,7 faiz, soğan və alma 1,7 faiz ucuzlaşıb.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...