Dünya

  • 761

Zelenski ilk dəfə Ramşteyn sammitində

image

Dünən Almaniyanın Ramsteyn bazasında keçirilən Ukrayna təmas qrupu toplantısına ilk dəfə qatılan Ukrayna lideri Zelenski Qərbin uzaqmənzilli silahları Rusiya daxilində istifadəsinə icazə verəcəyi təqdirdə müharibənin 3 aya bitəcəyini müdafiə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı hərbi müdaxiləyə başlamasından sonra Almaniyadakı ABŞ-ın Ramşteyn hərbi bazasında Qərb ölkələrinin yaratdığı təmas qrupu dünən ilk dəfə Ukrayna lideri Vladimir Zelenskinin iştirakı ilə 24-cü iclasını keçirib. ABŞ-ın 250 milyon dollarlıq əlavə hərbi yardım paketini açıqladığı sammitdə Qərbdən Ukraynaya daha qəti dəstək addımları tələb edən Zelenski tələb etdiyi silahların veriləcəyi və icazə veriləcəyi təqdirdə müharibənin qış aylarına qədər bitəcəyini iddia edib.

Ramşteyn bazasında Almaniya kansleri Olaf Şolz, Almaniyanın müdafiə naziri Boris Pistorius və ABŞ müdafiə naziri Lloyd Ostinlə görüşündən əvvəl müharibənin gedişi ilə bağlı mühüm açıqlamalar verən Zelenski müharibənin 3 ay ərzində bitəcəyi təqdirdə müharibəni bitirmək şansının olduğunu iddia edib. Qərbdən təkcə yeni hava hücumundan müdafiə silahları deyil, həm də yeni uzaqmənzilli raketlər tələb edən Ukrayna lideri Almaniyadan 500 km mənzilli Taurus, ABŞ-dan isə 1000 km mənzilli JASSM qanadlı raketləri istəyib.

Digər xəbərlər