Media: “DXR” hərbçiləri ruslara atəş açıb
Kuraxovo ərazisində Rusiya hərbçiləri arasında atışma olub, nəticədə 9 nəfər həlak olub. SİA-nın əldə etdiyi məlumata görə, Kremlin Snuffbox teleqram kanalı Rusiya Müdafiə Nazirliyindəki və işğalçılar arasında olan mənbələrə istinadən yazır ki, insident bununla da bitməyib.
Kanalın hazırda "DXR"də olan hərbçilər arasında olan mənbələri münaqişənin davam etdiyini bildirib.
Deməli, Ukraynanın mövqelərinə hücum etmək istəməyən və özbaşına atəş açan Donbasın 7 yerli sakini olub.
…Onlardan üçü yerindəcə həlak olub. Dördü xilas omağı bacarıb. Onlar hələ də saxlanılmayıblar.
Bunu hərbçilərdən biri bildirib.
İctimaiyyətə həmçinin bildirilib ki, fərarilər Rusiya hərbçilərinə qarşı bir neçə silahlı hücum həyata keçiriblər. Onlardan biri Donetsk yaxınlığında baş verib. Bu hücumlar nəticəsində biri zabit olmaqla 6 hərbçi həlak olub.
Qaçaqların Ukrayna Silahlı Qüvvələri ilə əməkdaşlıq etdiyinə dair şübhələr var, lakin hələ ki, bununla bağlı heç bir sübut yoxdur.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...