Belarusun Avropa ölkələri ilə sərhədləri ətrafında NATO üzvü olan ölkələrin 32 min hərbçisinin olduğu iddia edilir. SİA-nın əldə etdiyi məlumata görə, bunu sentyabrın 9-da yayımlanan VoenTV təbliğat telekanalına müsahibəsində Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi Valeri Revenko deyib.
Revenkonun sözlərinə görə, Avropa İttifaqı ölkələri silahlı qüvvələrini artırmağa davam edir.
…Avropa regionunda biz artıq həm ABŞ, həm də Avropa ölkələrindən, yəni NATO üzvü olan ölkələrdən 32 minə qədər hərbçi görə bilərik. Biz Polşanın militarizasiyasını görürük, Litva və Latviyanın xarici qoşunların böyük kontingentini qəbul etməyə hazır olduğunu söyləməyə imkan verən prosesləri görürük və bütün bunlar Belarus Respublikasının sərhədləri yaxınlığında baş verir.
Bunu belaruslu hərbçi bildirib və əlavə edib ki, Belarus və Avropa ölkələri "yaxşı həyata" gedən yolda hələ də ortaq dil tapa bilmirlər.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...