Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit deyib ki, kansler Olaf Şolz… bunun üçün vaxtın çatdığını hesab etdikdə Vladimir Putinlə telefon danışığı aparacaq. SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini N-TV kanalı sitat gətirir.
Hebestreit, Şolz Ukraynada münaqişə başlayandan sonra dəfələrlə Rusiya liderinə edilən zəngləri xatırladıb və bunu davam etdirəcəyini bəyan edib.
…Ona görə də Almaniya kansleri nə vaxtsa bu söhbəti məqsədəuyğun hesab etsə, Rusiya lideri ilə telefon əlaqəsi yaratmaqdan çəkinməyəcək.
Bir gün əvvəl Almaniya kansleri Olaf Şolz demişdi ki, indi Ukraynada mümkün qədər tez sülhə necə nail olmağı müzakirə etmək lazımdır. Ona görə də Ukrayna böhranı ilə bağlı növbəti konfransın keçirilməsi zəruridir. Şolz konfransda Rusiyanın da iştirak etməli olduğunu vurğulayıb. O qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski də oxşar mövqedən çıxış edir.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...