Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1380 hərbçisini itirib. SİA UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 627 790 nəfərə çatıb.Həmçinin son sutka ərzində Rusiyaya məxsus 1 tank, 19 zirehli döyüş maşını, 50 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.
Fransa Rusiyapərəst saxtakarlıqları açıq şəkildə təkzib edir...
İran yenidən Hörmüz boğazını bağlamaqla hədələdi...
Kreml özünü çıxılmaz vəziyyətə salıb...
Ayətullah rejimi yeni iqtisadi böhranla üzləşir...
Yerli məmurlar günah keçisinə çevrilir...
Onlar təhlükəli hesab edilib...
Ukrayna hava hücumları və bu sistemlərin məhv edilməsi Rusiyanın müdafiə sistemini zəiflədir…
Müttəfiqlər Ukrayna Silahlı Qüvvələrinin Afrikadakı hərəkətlərini bəyənirlər...
Əsas siqnallar kuryerlər vasitəsilə ötürülürdü...
Danışıqlar davam edir...