PDF Oxu

Dünya

  • 2 314

Harris önə keçdi - Tramp üçün şok

Harris önə keçdi - Tramp üçün şok

Prezident seçkilərinin ən kritik mərhələlərindən biri olan ikinci debat ABŞ-da keçirilib. Harrisin Tramp-Harris debatından daha güclü çıxdığı səhnə arxası məlumatlarından biridir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Polymarket"in məlumatına görə, debatdan sonra Harris 46,8 faizdən 49,1 faizə yüksəlib, Tramp isə 51,7 faizdən 49,1 faizə düşüb.ABŞ-da prezident və Konqres seçkilərinə iki aydan az vaxt qalmış ən kritik debat ABC televiziyasında keçirilib. Hər iki namizədin iqtisadiyyatdan tutmuş xarici siyasətə qədər plan və strategiyalarını açıqladığı debatdan sonra Demokratların namizədi Kamala Harrisin önə keçdiyi iddia edilib. Digər tərəfdən, ABŞ mətbuatında yer alan xəbərlərə görə, Demokrat Partiyasının namizədi Kamala Harris də ABŞ seçkiləri tarixindəki ən böyük ianə kampaniyasına imza atıb.Harris təkcə keçən ay 300 milyon dollar ianə toplayıb ki, bu da keçmiş prezident və hazırkı Respublikaçı prezidentliyə namizəd Donald Trampın topladığı məbləğdən iki dəfə çoxdur. Media qurumları da Tramp komandasının rəqib namizədə etdiyi külli miqdarda ianədən narahatlığını ifadə edib. Onlar Harrisin indiyədək rekord məbləğdə 550 milyon dollardan çox ianə əldə etdiyini vurğulayırlar.

Digər xəbərlər