Çadda daşqınlar nəticəsində ən azı 340 nəfər həlak olub. SİA xəbər verir ki, bunu BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) rəsmi nümayəndəsi Yens Larke Cenevrədə keçirilən brifinqdə bildirib."Keçən ayın sonunda biz Çadda 964 mindən çox insanın leysan yağışları və şiddətli daşqınlardan zərər çəkdiyini bildirdik. Çad səlahiyyətlilərinin məlumatına görə, hazırda bu rəqəm təxminən 1,5 milyon nəfərə çatıb, ən azı 340 nəfər isə ölüb. OCHA 3,4 milyon insanın artıq kəskin aclıqla üzləşdiyi ölkədə ərzaqla bağlı vəziyyətin pisləşəcəyini proqnozlaşdırır ki, bu da Çadda bu günə qədər qeydə alınmış ən yüksək ərzaq təhlükəsizliyi səviyyəsidir. İdarə BMT fondundan əlavə vəsait ayıraraq cavab tədbirlərinin maliyyələşdirilməsini 5 milyon dollardan 8 milyon dollara çatdırıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...