Sentyabrın 13-də Ukrayna ilə Rusiya arasında daha bir məhbus mübadiləsi olub. "Azovstal" müdafiəçiləri də daxil olmaqla 49 hərbi qulluqçunu geri qaytarmaq mümkün olub.
SİA-nın əldə etdiyi məlumata görə, AZƏRTAC bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin teleqram kanalına istinadla xəbər verir.
"49 ukraynalı kişi və qadın evlərinə qayıdıb. Bunlar Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Milli Polis, Dövlət Sərhəd Xidmətinin döyüşçüləri, eləcə də mülki vətəndaşlarımızdır", - deyə Zelenski bildirib.
Prezidentin məlumatına görə, "Azovstal"ın müdafiəçilərinin daha bir hissəsini də azad etmək mümkün olub. "Ukrayna Qəhrəmanı, hərbi həkim Viktor İvçuk da evdədir", - deyə Zelenski əlavə edib.
Ombudsman Dmitri Lubinetsin dediyinə görə, əsirlikdən qayıdanların səhhəti çox ağırdır, çoxları onlarla kiloqram çəki itirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...