ABŞ mərkəzli Yeni Amerika Təhlükəsizlik Mərkəzi (CNAS) hərbi SPUA-PUA-ların qlobal bazarını araşdıran bir hesabat yayımladı
Türkiyə son illərdəki uğurlu performansı ilə dünyanın ən böyük PUA-SPUA (Pilotsuz Uçuş Aparatı-Silahlı Pilotsuz Uçuş Aparatı) təchizatçısı oldu. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
ABŞ mərkəzli Yeni Amerika Təhlükəsizlik Mərkəzi (CNAS) hərbi SPUA-PUA-ların qlobal bazarını araşdıran bir hesabat yayımladı.
Moli Kempıl (Molly Campbell) tərəfindən hazırlanan hesabatda bildirilir ki, Çin, Türkiyə və İranın aşağı maliyyətli hərbi dronlar inkişaf etdirməsindən sonra İsrail və ABŞ-ın dron bazarındakı hakimiyyəti sona çatıb.
2018-ci ildən bəri Çin, Türkiyə və ABŞ ümumilikdə 40 fərqli ölkəyə 69 silahlı hərbi PUA satışı həyata keçirib.
Bu satışların 65 faizini Türkiyə reallaşdırarkən, Çin 26 faiz, ABŞ isə yalnız 8 faiz satış edə bilib.
2022-ci ildə 6 yeni ölkə PUA-SPUA tədarük edib və onların hamısı Baykar tərəfindən istehsal edilən "Bayraktar TB2"lər olub.
Çinin hərbi dron satışları 2014-cü ildə zirvəyə çatdığı halda 2021-ci ilə gəldikdə Türkiyə Çini ötərək dünyanın ən böyük təchizatçısına çevrilib.
Hesabata görə, Liviyada, Dağlıq Qarabağda və Ukraynada döyüş meydanlarında əldə edilən performans və bu uğurların mətbuatda əks-səda olunması Türkiyə hərbi dronlarını zirvəyə daşıyıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...