ABŞ Dövlət katibi Antoni Blinken Livanda peycerlərin kütləvi partlamasına münasibət bildirib.
SİA xəbər verir ki, Blinken mətbuat konfransında hadisənin hansı səbəbdən baş verdiyinin tam aydınlaşdırılmalı olduğunu və ABŞ-ın bunu araşdırmağa davam etdiyini deyib.
"Hadisənin nələrə gətirib çıxaracağını və "Hizbullah" hərəkatının fəaliyyətinə necə təsir edəcəyini bilmirəm", - deyə o əlavə edib.
Sentyabrın 17-də Livanın müxtəlif bölgələrində peycerlər partlamağa başlayıb. Peycerlərin "Hizbullah" hərəkatının üzvləri tərəfindən geniş istifadə olunduğu güman edilir. Çox sayda cihazın eyni vaxtda partlamasına nəyin səbəb olduğu hələlik bilinməsə də, Livanın hakimiyyət orqanları hadisədə İsraili günahlandırıb.
Yaxın Şərq mediasının Livan Səhiyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, insident nəticəsində ən azı 11 nəfər ölüb, 4 minə yaxın insan yaralanıb, onlardan 400-nün vəziyyəti kritik qiymətləndirilir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...