"ABŞ Ermənistanın özünün seçdiyi münasibətləri davam etdirməklə bağlı suveren hüququna hörmət edir".
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentindən regionda Ermənistanın hərbiləşdirilməsi siyasətinin, keçmiş ATƏT-in Minsk qrupu ölkələrinin Ermənistanı dəstəkləməyə davam etməsinin və ABŞ və Avropa İttifaqının artan hərbi dəstəyinin Azərbaycanla Ermənistan arasında davam edən sülh sazişi danışıqlarına təsiri, o cümlədən Ermənistanla Rusiya arasında artan ticarət və hərbi əlaqələrin daha geniş regionda stabilliyə təhdid təşkil etməsi ilə bağlı sorğusuna cavabında deyilib. ABŞ-ın Ermənistana yardımlarını artırmasına gəldikdə bildirilib ki, ABŞ-ın bu ölkəyə yardımı onun demokratik və iqtisadi inkişafını artırmaq, regional iqtisadiyyata inteqrasiyanı gücləndirmək, ticarəti şaxələndirmək və mənfi təsirlər qarşısında dayanıqlılığını gücləndirməyə xidmət edir.
Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın daha böyük regional təhlükəsizlik və tərəqqi təmin edəcəyinə inandığımız davamlı və layiqli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir: "Tərəflər razılaşmanın yekunlaşdırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər və ABŞ bu prosesi istənilən şəkildə dəstəkləməyə sadiqdir".
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...