Kompaniyanın sahibi İlon Mask bu barədə özünün sosial şəbəkəsində yazıb
"SpaceX" kompaniyası 2 ilə Marsa 5 pilotsuz kosmik gəmi göndərməyi planlaşdırır. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Kompaniyanın sahibi İlon Mask bu barədə özünün sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, "Hər şey plana uyğun gedərsə, Marsa ekipajlı missiyalar dörd il ərzində baş tuta bilər".
İ.Mask Marsa həm də kosmik turistləri göndərmək istəyir. "Biz kosmik səyahətçi olmaq istəyən hər kəsin Marsa uçuşunu mümkün edəcəyik", - deyə amerikalı sahibkar bildirib.
Qeyd edək ki, 2024-cü ilin sentyabrında iki turist "Polaris Dwan" missiyası çərçivəsində Yerdən təxminən 740 kilometr yüksəkliyə qalxıb. Bu, kosmosa ilk kommersiya uçuşu sayılır.
Mars Yerə bənzər planetlərdən biri olduğuna görə kosmik missiyalar üçün xüsusi maraq kəsb edir. Diametri 6 min 800 kilometr olan qırmızı planet Yerdən təxminən iki dəfə kiçikdir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...