PDF Oxu

Dünya

  • 2 208

Qadın 13 yaşlı qızını 25 min dollara satmağa cəhd edib

Qadın 13 yaşlı qızını 25 min dollara satmağa cəhd edib

...Səmərqənddə 41 yaşlı qadın 13 yaşlı qızını 25 min ABŞ dollarına satmaq üçün restorana gələn zaman həbs edilib. SİA-nın əldə etdiyi məlumata görə, qadının üzərində sübut kimi qızının satışından əldə edilən pullar aşkar edilib.

Yerli mətbuatın məlumatına görə, qadın 2 il əvvəl Özbəkistan Cinayət Məcəlləsinin 169-cu ("Oğurluq") maddəsi ilə məhkum edilib və cinayət törətdiyi vaxt cəzasını ev dustaqlığında çəkirmiş.

Qızını satmağa cəhd etdiyinə görə 235-ci ("İnsan alveri") maddəsi ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Qadının qızı və digər uşaqları dövlət himayəsinə götürülür.

Əli Babayev

Digər xəbərlər