Türkiyə Xarici İşlər Nazirliyi İsrail Baş Nazirliyinin sosial mediada paylaşdığı mesajla bağlı yazılı açıqlama yayıb. Açıqlamada Türkiyənin İsrail və tərəfdarlarının beynəlxalq məhkəmələri nüfuzdan salma cəhdlərini diqqətlə izlədiyi qeyd olunub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Soyqırım və bütün bölgəni alova atmaq səylərini davam etdirən İsrail Baş naziri Benyamin Netanyahu və hökumətinin törətdikləri cinayətlərə görə mütləq beynəlxalq məhkəmə qarşısında cavab verəcəyi vurğulanan açıqlamada "İsrailin cənab prezidentimizə yönəltdiyi ittihamlar əslində günahkarlıq psixologiyasının təzahüründən başqa bir şey deyildir" sözlərinə yer verilib.
Türkiyənin bu prosesdə Fələstin xalqının və bölgədəki bütün dost və bacı-qardaşlarının yanında olmağa davam edəcəyi bildirilib və əlavə olunub: "Cənab prezident Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Baş prokurorunu qəbul etməsi ilə əlaqədar olaraq İsrail Baş nazirliyinin açıqlamasını İsrailin törətməkdə olduğu soyqırım cinayətini ört-basdır etmə cəhdi kimi qiymətləndiririk."
Qeyd edək, prezident R.T.Ərdoğan bundan əvvəl Nyu-Yorkdakı Türk Evi binasında BCM Baş prokuroru Kərim Xan ilə görüş keçirmişdi.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...