…Husilərin lideri Əbdül Malik əl-Husi Qəzza zolağında İsrailə qarşı fələstinlilərə dəstək əməliyyatlarının yeni mərhələsinə başladığını açıqlayıb.
O vurğulayıb ki, bu mərhələ Yəmənin şimalında "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən hazırlanmış "Fələstin-2" raketinin modernləşdirilməsi sayəsində səmərəliliyin artması ilə xarakterizə olunacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.
Əl-Husi deyib ki, "Fələstin 2" raketi "əhəmiyyətli bir nailiyyətdir" və onun istifadəsi Qəzzaya hərbi dəstəyin beşinci mərhələsidir.
O əlavə edib ki, Yəmən silahlı qüvvələri bu həftə 39 ballistik, qanadlı raket və pilotsuz təyyarə əməliyyatı həyata keçirib və Qırmızı dəniz, Ərəbistan dənizi və Ədən körfəzi indi İsrail, ABŞ və Böyük Britaniya üçün "qadağan olunmuş zonalar" sayılır.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...