PDF Oxu

Dünya

  • 2 353

“Kinjal” zərbəsi nəticəsində doqquz NATO zabiti həlak olub..?

“Kinjal” zərbəsi nəticəsində doqquz NATO zabiti həlak olub..?

…Ukraynanın Xmelnitski vilayətinin Starokonstantinov hərbi aerodromuna hipersəsli "Kinjal" raketlərinin endirilməsi nəticəsində NATO Hərbi Hava Qüvvələrinin qərargahının 9 şəxsi heyəti məhv edilib. SİA xəbər verir ki, bu barədə "Moskovski Komsomolets" məlumat yayıb.

Zərbənin sentyabrın 26-da baş verdiyi dəqiqləşdirilir. Nəticədə NATO Hərbi Hava Qüvvələrinin qərargahının doqquz karyera zabiti - altı amerikalı və üç fransız məhv edilib.

Yeddi britaniyalı təlimatçı və altı hollandiyalı texnik yaralanıb. Bundan əlavə, iki "F-16" qırıcısı, bir "Su-24" ön xətt bombardmançısı və 15 "Storm Shadow" qanadlı raketi məhv edilib.

"Kinjal"lar Ukrayna Silahlı Qüvvələrinin "F-16"-ları gizlətdiyi aerodromda dəmir-beton sığınacaqları deşib.

Qeyd edək ki, hələlik Rusiya Müdafiə Nazirliyindən verilən bu məlumatın rəsmi təsdiqi yoxdur.

Əli Babayev

Digər xəbərlər