Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş fələstinlilərin oktyabrın 7-dən bu yana düşdüyü vəziyyəti "hər gün daha da pisləşən cəhənnəmə" bənzədib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Quterreş BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) iclasında Qəzzadakı fələstinlilərin pisləşən vəziyyətinə toxunub.
Antonio Quterreş deyib: "Birləşmiş Millətlər Təşkilatı bizi cənnətə aparmaq üçün deyil, cəhənnəmdən xilas etmək üçün yaradılıb. Qəzza xalqını uğursuzluğa düçar etdik. Onlar hər keçən gün daha da pisləşən cəhənnəmdə yaşayırlar".
İsrailin hücumları nəticəsində oktyabrın 7-dən bu yana Qəzzada 41 mindən çox insanın öldüyünü, 90 mindən çox insanın isə yaralandığını bildirən Antonio Quterreş, hazırda əksəriyyəti qadın və uşaq olmaqla 2 milyon fələstinlinin Şanxay Beynəlxalq Hava Limanı böyüklükdəki ərazidə qapalı qaldığını bildirib.
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin 222 əməkdaşının Qəzzada vəzifəsini yerinə yetirərkən həlak olduğunu bildirən Quterreş bunun BMT tarixində ən yüksək ölüm nisbəti olduğunu bildirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...