…Rusiyalı jurnalist, Birinci Kanalın keçmiş aparıcısı Janna Aqalakova telekanaldan getməsini izah edib. SİA-nın əldə etdiyi məlumata görə, o, təfərrüatları "Dojd" telekanalına müsahibəsində (Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib; arzuolunmaz təşkilat kimi tanınıb – A.B.) açıqlayıb.
Aqalakova telekanalla əməkdaşlığı dayandırmaq üçün siyasi motivlərlə yanaşı, şəxsi səbəbinin də olduğunu vurğulayıb. Jurnalist izah edib ki, əvvəlcə İtaliyada, sonra isə Fransada yaşayan əcnəbi ilə evlənib. O, həyat yoldaşı ilə bir qızı olduğuna da aydınlıq gətirib.
...Rusiyada qaldım, ayda bir dəfə ortada... bir yerdə görüşdük. Fikirləşdim ki, yəqin ki, hansısa qərar qəbul etməyin vaxtı çatıb, - deyə teleaparıcı işdən çıxarılmasını izah edib.
Qeyd edək ki, Aqalakova 1999-cu ildən Birinci Kanalda işləyib. 2005-ci ildə kanalın Parisdəki müxbiri olub. Teleaparıcı 2022-ci ilin martında Rusiya televiziyasını tərk edib.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...