Bu tərəfdən “öldütdürür”, o tərəfdən də ianə göndərir..?
ABŞ Qəzza zolağı və İordan çayının qərb sahilindəki fələstinlilərə 336 milyon dollar əlavə humanitar yardım göstərmək niyyətindədir. SİA-nın əldə etdiyi məlumata görə, Reuters bu barədə Amerika Beynəlxalq İnkişaf Agentliyində (USAID) mənbələrə istinadən yazır.
Maliyyələşdirmə bu ərazilərə ərzaq, dərman və ilkin tələbat mallarının çatdırılmasına, eləcə də İsrail ordusunun hərəkətləri nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan fələstinlilərin qarşıdakı qışda müvəqqəti mənzillə təmin olunmasına imkan verəcək.
USAID bildirib ki, Qəzza zolağı və İordan çayının qərb sahili son bir ildə humanitar böhran vəziyyətindədir.
…Birləşmiş Ştatlar münaqişənin bütün tərəflərini atəşkəs və girovların dərhal azad edilməsi, habelə Qəzza zolağına eləcə də onun daxilində geniş miqyaslı humanitar yardımın çatdırılması imkanlarını təmin etmək barədə razılığa gəlməyə çağırmaqda davam edir.
Bunu agentlik bildirir.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...