İsrailin hücumları nəticəsində Qəzzada aclıq yenidən başlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) baş komissarı Filip Lazzarini "X" sosial media hesabında Qəzza zolağındakı humanitar vəziyyətə toxunaraq "Qəzzada aclıq yenidən yayılır" deyib.
Avqustda 1, sentyabrda isə 1,4 milyon qəzzalının ərzaq yardımı ala bilmədiyini söyləyən F.Lazzarini bildirib: "Qəzzada yenidən yayılmağa başlayan aclığın əsas səbəbi işğal altındakı bu ərazidə əkin sahələrinin 70 faizinin məhv edilməsidir.
100 min metrik tondan çox ərzaq ehtiyatı giriş məhdudiyyətləri, təhlükəsizliyin olmaması və zədələnmiş yollar üzündən Qəzza xaricində qalıb.
Qəzzada bütün əhali yalnız humanitar yardıma güvənmək məcburiyyətindədir. Yardımların çatdırılmasında məhdudiyyətlər və gecikmələr məcburi köçkün ailələrinin onsuz da ağır vəziyyətini daha da pisləşdirir. Qış yaxınlaşdıqca, hava şəraiti pisləşdikcə, lazımi humanitar yardımların yoxluğu, yardım təchizatı çatışmazlığı vəziyyəti daha da pisləşdirir.
Qəzza və bölgədəki insanların iztirablarına son qoymaq üçün təcili atəşkəsə ehtiyac var. Əsirlər azad edilməli, yeni keçid yolları açılmalı və ehtiyacı olan qəzzalıların təhlükəsiz girişinə maneələr aradan qaldırılmalıdır".
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...