Türkiyənin Gümüşhanə bölgəsində cinsi təcavüz və oğurluq iddiaları ilə saxlanılan və Gümüşhanə Ədliyyəsinə sövq edilən 26 yaşlı şübhəli Muhammet Özgeriş ədliyyənin 4-cü mərtəbəsindəki yanğın nərdivanından özünü ataraq həyatına son qoyub. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerinə gələn tibb işçəri tərəfindən aparılan yoxlama zamanı Muhammet Özgerişin həyatını itirdiyi bildirilib.
Özgerişin cansız bədəni Gümüşhanə Dövlət Xəstəxanasının meyitxanasına aparılıb, hadisə ilə bağlı araşdırmaya başlanılıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...