Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Lloyd Ostin, Yaponiyanın müdafiə naziri Nakatani Gen ilə telefon əlaqəsi saxlayıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yaydığı məlumata görə, Lloyd Ostin söhbət zamanı Nakatani Genin Yaponiya müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə onu təbrik edib.
Tərəflər, ABŞ-Yaponiya ittifaqının komandanlıq və nəzarətini modernləşdirmək istiqamətindəki niyyətlərini də ifadə ediblər. Müdafiə nazirləri həmçinin azad və açıq Hind-Sakit Okean regionunda müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan toplantının açılışında, eləcə də Fələstin və Livandakı vəziyyətə dair xüsusi sessiyada çıxış edib