PDF Oxu

Dünya

  • 2 339

BMT sülhməramlı missiyasının bazasına hücum qəbuledilməzdir

image

BMT-nin Livandakı sülhməramlı missiyasının (UNIFIL) İtaliya hərbi kontingentinin yerləşdiyi bazasına zərbələr endirilib. SİA xəbər verir ki, zərbələr İsrailə məxsus pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib. Hadisə nəticəsində iki İndoneziya sülhməramlısı yaralanıb.

İtaliyanın müdafiə naziri Quido Krosetto ölkə hərbçilərindən xəsarət alan olmadığını, bazadakı videomüşahidə kameralarının sıradan çıxdığını deyib.

"İsrailin müdafiə naziri Yoav Qalant ilə əlaqə saxladım və ona Cənubi Livanda UNIFIL bazaları yaxınlığında, qərargahında və kontingentə qarşı baş verənlər İtaliya hökuməti üçün qəbuledilməz olduğunu bildirdim. Livanda yerləşdirilən İtaliya hərbçilərinin təhlükəsizliyi hökumət üçün mütləq prioritetdir. İtaliya və UNIFIL hərbçilərini risk altına qoyacaq hər hansı addımdan qaçmaq lazımdır", - deyə Quido Krosetto vurğulayıb.

O, həmçinin İsrailin İtaliyadakı səfirini nazirliyə çağırıb və etirazını bildirib.

Digər xəbərlər

“Lukaşenko Tramp və Putin üçün bir tıxacdır”..?

Politoloq: Lukaşenkonun Trampla yaxınlaşması Moskva tərəfindən təsdiqlənmiş bir əməliyyatdır. Rejimin Kremldən başqa heç kimə güvənəcəyi yoxdur...

“Tamamilə cəfəngiyat”...

ABŞ xəyal qurur - onlar iddia edirlər ki, Rusiya 2027-ci ildə Krımı tərk edəcək

Benzin növbələri ruslar üçün normal həyat illüziyasını dağıtdı...

Müharibə və neft emalı zavodlarına edilən hücumlar ölkə daxilində yanacaq çatışmazlığına səbəb oldu.

Avropa döyüşmək istəyirmi..?

NATO qoşunlarının Rusiyaya qarşı güc tətbiq etməsinə icazə vermək üçün açıq bir təklif var. Niderland AB qoşunlarının Rusiyaya qarşı güc tətbiq etməsinə icazə verməyi təklif edib.

“Moskva yanır - bu, yaxşı haldır”..?

Ukrayna paraşütçüləri orta zərbələrin cəbhədəki vəziyyətə təsirini açıqladılar...

ABŞ-da quş döymələrinə zarafat vergisi tətbiq edilib...

Ekoloqlar qeyri-adi bir xeyriyyə kampaniyasına başlayıblar...