PDF Oxu

Dünya

  • 2 539

İsrailin hücumlarından sonra Livan səhiyyə sisteminin hesabatı

T.A.Qebreyesus İsrailin hücumuna məruz qalan Livanda səhiyyə sistemi ilə bağlı “X”də hesabat paylaşaraq bildirib ...

image

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus İsrailin havadan və qurudan hücumlar etdiyi Livanda səhiyyə sisteminin artan ehtiyacların öhdəsindən gəlməkdə çətinlik çəkdiyini söyləyib.

SİA-nın əldə etdiyi məlumata görə, T.A.Qebreyesus İsrailin hücumuna məruz qalan Livanda səhiyyə sistemi ilə bağlı "X"də hesabat paylaşaraq bildirib: "Livanda hücuma məruz qalan bölgələrdəki 207 sağlamlıq mərkəzindən 100-ü hazırda zorakılıq hallarının artması səbəbindən işləmir.

Hücumlardan sonra struktur zədələnməsinə görə 5 xəstəxana bağlanıb.

Təxminən 100 nəfərin ölümünə səbəb olan tibb işçiləri və obyektlərinə edilən hücumlar dayandırılmalıdır. Yaralıların sayı artır.

Livanda səhiyyə sistemi məhdud insan və resurs imkanları ilə əlaqədar ehtiyacların öhdəsindən gəlməkdə çətinlik çəkir.

Biz xəstələrin və tibb işçilərinin dərhal müdafiəsini istəyirik. Biz sülh istəyirik."

Qeyd edək ki, İsrailin hücumları altında olan Livandan Suriyaya köç edənlərin ümumi sayı 430 mini keçib.

Livan Nazirlər Şurası İsrailin hücumlarından yaranan insan fəlakəti ilə bağlı ölkənin son vəziyyətini əks etdirən hesabat dərc buraxıb. Hesabatda İsrailin 8 oktyabr 2023-cü il tarixindən bu yana Livana etdiyi hücumlarda ölənlərin sayının 2229, yaralıların isə 10.380-ə yüksəldiyi qeyd edilib. Ölkə daxilində məcburi köçkünlər üçün 1032 mərkəz açılıb. Bunların 837-sində yer qalmayıb. 187 min nəfər (39.300 ailə) Livan Daxili İşlər Nazirliyinin mərkəzlərində qeydiyyata alınıb.

Hesabatda 23 sentyabr-11 oktyabr tarixləri arasında 317 min 457 Suriya və 115 min 44 Livan vətəndaşı olmaqla 430 mindən çox adamın ölkə ərazisindən Suriyaya keçdiyi bildirilib.

Digər xəbərlər

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Abidə həqiqətən də hərbi bir qurğuya çevriləcək...

Bunu bilmək təhlükəli illüziyaları dağıdır

Portnikov Putinin Ukrayna müharibəsi üçün əsl məqsədlərini açıqladı...

NI: Rusiya Hərbi Dəniz Qüvvələrinin sirləri Ukraynanın əlinə keçib

Faylların bəziləri "məxfi" və "tam məxfi" kimi təsnif edilib...

Putin öz bunkerinə göz dikəcək

Və xalq hər şeylə razılaşacaq...

“Ukraynalı əsirləri Kim Çen Ina təhvil versək necə olar?”

Zelenski əsir götürülmüş Şimali Koreyalıları... düşmənləri Cənubi Koreyaya təhvil verib..?

Putinin yeni eskalasiya planı...

Saxtakar parlament seçkiləri müharibənin davam etməsi üçün bəhanə yaradır...

Rusiya afrikalıları müharibəyə cəlb etməyin yeni bir yolunu tapdı...

Gənc kişilərə “film layihəsi”ndə rollar təklif olunur...

Tramp Qrenlandiya ilə bağlı strategiyasını dəyişib

ABŞ yeni hərbi obyektlər alacaq və adanın statusu eyni qalacaq...

Putin Səddam Hüseyn və Xomeynini üstələdi..?

Hətta Ayətullahın belə qırğını dayandırmaq üçün cəsarəti var idi...