Dünya

  • 1 137

Gürcüstanın baş naziri Moldova ilə müqayisədə...inciyib?

image

...Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkəni Moldova ilə müqayisə etməyi təhqir adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Sputnik Gürcüstan öz Telegram kanalında yazır.

...Gürcüstanı Moldova ilə müqayisə etməyə gəlincə, bu, tamamilə təhqiramizdir. Bizdə daha güclü dövlət institutları var. Xatırlatmaq istərdim ki, Moldovada partiyalar və media qadağan edilib, siyasi və media plüralizmi yoxdur. Bunu Gürcüstanın baş naziri bildirib.

...Kobaxidze Avropa diplomatiyasının rəhbəri Xosep Borrelin Moldova hökumətini "görünməmiş çağırışlar qarşısında əzmkarlığına" görə təriflədiyi bəyanatı ilə bağlı belə danışıb. Eyni zamanda, o, Gürcüstanın hakim partiyasına Avropa yolundan avtoritarizmə doğru getməyə işarə edib.

Əli Babayev

Digər xəbərlər