Dünya

  • 1 347

İranın xarici işlər naziri BMT-yə çağırış etdi

İranın xarici işlər naziri Abbas Erakçi Birləşmiş Millətlər Təşkilatını (BMT) İsrailin qətliamını dayandırmağa və humanitar yardımın Qəzza və Livana çatdırılmasını təmin etməyə çağırıb

image

İranın xarici işlər naziri Abbas Erakçi Birləşmiş Millətlər Təşkilatını (BMT) İsrailin qətliamını dayandırmağa və humanitar yardımın Qəzza və Livana çatdırılmasını təmin etməyə çağırıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, İranın rəsmi İRNA xəbər agentliyinin məlumatına görə, A.Erakçi BMT-nin baş katibi Antonio Quterreş və fransalı həmkarı Jan-Noel Barro ilə telefon əlaqəsi saxlayıb.

A. Erakçi Quterreşdən İsrailin qətliamlarını dayandırmaq və humanitar yardımın bölgəyə daxil olmasını təmin etmək üçün əlindəki bütün vasitələrdən istifadə etməsini istəyib.

Antonio Quterreş isə öz növbəsində müharibənin sona çatması üçün siyasi həll yolları tapmağa çalışdıqlarını vurğulayaraq, bölgədə artan gərginliklə bağlı narahatlıqlarını bildirib.

Abbas Erakçi Jan-Noel Barro ilə görüşərək bölgədəki vəziyyəti qiymətləndirib və Livana qarşı hücumların dayandırılmasının vacibliyini vurğulayıb.

Digər xəbərlər

15-ci Türk-Ərəb İqtisadi Forumu İstanbulda başladı

Foruma Küveyt, İraq, Misir, Liviya və Tunis hökumətlərinin iş dünyası və maliyyə sektoru nümayəndələri qatıldı

İranın xarici işlər naziri BMT-yə çağırış etdi

İranın xarici işlər naziri Abbas Erakçi Birləşmiş Millətlər Təşkilatını (BMT) İsrailin qətliamını dayandırmağa və humanitar yardımın Qəzza və Livana çatdırılmasını təmin etməyə çağırıb

Avropa Rusiyanın pulunu Ukraynaya kredit verəcək

Belçikanın paytaxtı Brüsseldə keçirilən AP Ticarət Komitəsinin iclasında Rusiyanın dondurulmuş aktivləri ilə Ukraynaya dəstək təşəbbüsü müzakirə edilib