Dünya

  • 1 075

15-ci Türk-Ərəb İqtisadi Forumu İstanbulda başladı

Foruma Küveyt, İraq, Misir, Liviya və Tunis hökumətlərinin iş dünyası və maliyyə sektoru nümayəndələri qatıldı

image

Türkiyənin Xəzinə və maliyyə naziri Mehmet Şimşək qlobal süni intellekt inqilabının yaşandığını qeyd etdi. 15-ci Türk-Ərəb İqtisadi Forumunda bu mövzu haqqında danışıqlar aparıldı. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Foruma Küveyt, İraq, Misir, Liviya və Tunis hökumətlərinin iş dünyası və maliyyə sektoru nümayəndələri qatıldı. Bu çərçivədə təşkil olunan "Türkiyə və Ərəb Dünyası: İnvestisiya, Ticarət və Texnologiyada Qlobal Koridor" başlıqlı panelin moderatorluğunu nazir Mehmet Şimşək etdi.

Qlobal süni intellekt inqilabının yaşandığını vurğulayan Şimşək "Bunun nəticəsində yalnız sənayedə deyil, həyatımızın hər sahəsində inqilab baş verəcək. Buna görə də bu inqilabı əldən verə bilmərik. Əhali getdikcə qocalır. Münaqişələr və geosiyasi gərginliklər də təhlükə yaradır. Bütün bunlar qlobal iqtisadi artımı zəiflədir" dedi.

Qlobal iqtisadiyyatda mövcud olan qeyri-müəyyənliklərə də diqqət çəkən Mehmet Şimşək bu haqda "Türk və ərəb dünyası arasındakı iqtisadi koridorlar inkişaf etdirilməlidir" sözlərini sərf etti.

Qlobal səviyyədə məzənnə politikalarının bir qədər yumşalacağını və qarşıdakı illərdə beynəlxalq ticarətin eyni məhdud səviyyədə davam edəcəyini vurğuladı: "Buna görə də çətinliklər var, amma eyni zamanda imkanlar da var" deyə bildirdi.

Türkiyənin Xəzinə və maliyyə naziri Mehmet Şimşək Türkiyə ilə ərəb dünyası arasında çox faydalı əməkdaşlıqların həyata keçirilə biləcəyini qeyd etdi və tərəflərin bir çox sektorda bir-birini tamamlayacaq potensiala malik olduğunu vurğuladı.

Digər xəbərlər

15-ci Türk-Ərəb İqtisadi Forumu İstanbulda başladı

Foruma Küveyt, İraq, Misir, Liviya və Tunis hökumətlərinin iş dünyası və maliyyə sektoru nümayəndələri qatıldı

İranın xarici işlər naziri BMT-yə çağırış etdi

İranın xarici işlər naziri Abbas Erakçi Birləşmiş Millətlər Təşkilatını (BMT) İsrailin qətliamını dayandırmağa və humanitar yardımın Qəzza və Livana çatdırılmasını təmin etməyə çağırıb

Avropa Rusiyanın pulunu Ukraynaya kredit verəcək

Belçikanın paytaxtı Brüsseldə keçirilən AP Ticarət Komitəsinin iclasında Rusiyanın dondurulmuş aktivləri ilə Ukraynaya dəstək təşəbbüsü müzakirə edilib