Dünya

  • 1 064

Fransanın cənubunda leysan yağışları səbəbindən daşqınlar başlayıb

image

Fransanın cənubunda leysan yağışları daşqınlara səbəb olub. Bəzi yerlərdə insanların təxliyə edilməsinə ehtiyac yaranıb, nəqliyyatın hərəkəti dayandırılıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Ardeş departamentində hava şəraiti ilə əlaqədar bir çox magistral yollar bağlanıb. Annon şəhərində daşqın səbəbindən məktəblər və uşaq bağçaları köçürülüb. Şəhərdə ictimai nəqliyyat işləmir. Lion və Sent-Etyen şəhərləri arasında qatarların hərəkəti ən azı sabah səhərə qədər dayandırılib.

Ölkənin altı departamentində hava təhlükəsinin ən yüksək - "qırmızı" səviyyəsi, daha 19 departamentdə isə "narıncı" təhlükə səviyyəsi elan edilib. Meteoroloqlar xəbərdarlıq edir ki, oktyabrın 18-dək dörd departament üçün təhlükənin "qırmızı" səviyyəsi, 18 departament üçün isə "narıncı" səviyyəsi qüvvədə qalacaq.

Digər xəbərlər

15-ci Türk-Ərəb İqtisadi Forumu İstanbulda başladı

Foruma Küveyt, İraq, Misir, Liviya və Tunis hökumətlərinin iş dünyası və maliyyə sektoru nümayəndələri qatıldı

İranın xarici işlər naziri BMT-yə çağırış etdi

İranın xarici işlər naziri Abbas Erakçi Birləşmiş Millətlər Təşkilatını (BMT) İsrailin qətliamını dayandırmağa və humanitar yardımın Qəzza və Livana çatdırılmasını təmin etməyə çağırıb

Avropa Rusiyanın pulunu Ukraynaya kredit verəcək

Belçikanın paytaxtı Brüsseldə keçirilən AP Ticarət Komitəsinin iclasında Rusiyanın dondurulmuş aktivləri ilə Ukraynaya dəstək təşəbbüsü müzakirə edilib