İsrail ilkin DNT testlərinin nəticələrinə əsasən HƏMAS lideri Yəhya Sinvarın ölümünü ABŞ tərəfinə təsdiqləyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN mənbəyə istinadən xəbər verib. Bildirilir ki, analizlər davam etdirilir. Qeyd edək ki, HƏMAS liderinin ölümü ilə bağlı xəbəri Prezident Cozef Bayden və Dövlət katibi Antoni Blinkenə ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Almaniyaya səfər zamanı çatdırıb.
ABŞ müdafiə naziri Lloyd Ostin də Brüsseldə NATO müdafiə nazirlərinin görüşündə bu məlumatı alıb.
Hadisə ilə bağlı fotoşəkillər Pentaqon rəhbərinə nümayiş etdirilib.
Qeyd edək ki, bu İsrail Müdafiə Ordusu Qəzza sektorunda HƏMAS lideri Yəhya Sinvar olduğu ehtimal edilən 3 nəfərin öldürüldüyünü açıqlayıb. Hazırda İsrail faktı araşdırır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...