Dünya

  • 979

Gürcüstanda keçiriləcək seçkilərdə 3,5 milyondan çox seçici iştirak edəcək

image

Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərində 3 milyon 508 min 294 seçici səs verə biləcək. Onlardan 135 min 922-si ilk dəfə səs verəcək. Seçicilərin 95 min 910 nəfəri xarici ölkələrdə səs verəcəklər. SİA xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb. Bildirilib ki, parlament seçkiləri ilə əlaqədar 3 min 111 seçki məntəqəsi açılacaq. Bunlardan 3 min 44-ü Gürcüstanda, 67-si isə 47 xarici ölkənin 53 şəhərində olacaq.

Ölkə daxilində yaradılacaq 3 min 44 məntəqənin 13-ü penitensiar müəssisələrdə və psixi xəstələrin yerləşdirildiyi mərkəzlərdə, 12-si isə həbsxanalarda açılacaq.

Səsvermə üçün 3 milyon 325 min 100 bülleten çap olunacaq. Bunlardan 2 milyon 838 min 600 mini elektron səsvermə, 486 min 500-ü isə köhnə qayda ilə səs vermək üçün yaradılan məntəqələrdəki seçicilər üçün nəzərdə tutulub.

Qeyd edək ki, parlament seçkiləri Gürcüstanda ilk dəfə proporsional sistem üzrə keçiriləcək və 5 faizlik baryeri keçən partiyalar parlamentdə təmsil oluna biləcəklər.

Digər xəbərlər