PDF Oxu

Dünya

  • 1 828

"Təşkilatın bu bölgədə səylərinin şübhə altına alınmasına dözməyəcəyik"

image

İspaniyanın Baş naziri Pedro Sançez Aİ ölkələrinin İsrailə silah tədarükünü dayandırmalı olduqlarını bildirib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, P.Sançez Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) zirvəsindən sonra mətbuata açıqlamalar verib, tədbirdə "Orta Şərqdə düzgünlük və beynəlxalq hüquqa hörmət" çağırışı etdiklərini bildirib, Fələstini dövlət olaraq tanımayan ölkələrin həmrəylik naminə İsrailə silah satışını dayandırmalı olduqlarını vurğulayıb.

O, İspaniyanın 7 oktyabr 2023 tarixindən bəri İsrailə silah ixrac etmədiyini və bütün Aİ ölkələrini İsrailin Baş naziri Benyamin Netanyahunu bölgədə yaydığı zorakılıqdan yayındırmaq üçün eyni addımı atmağa çağırıb.

Sançez Netanyahuya Avropanın iki dövlətli həll məsələsinin vacib olduğunu çatdıraraq, həmçinin ölkəsi və İrlandiyanın Aİ-İsrail Tərəfdaşlıq Sazişinin yenidən nəzərdən keçirilmə tələbini bir daha dilə gətirdiklərini deyib.

İspaniyanın Baş naziri Birləşmiş Millətlər Təşkilatının (BMT) Livan Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNİFİL) geri çəkilməsinin mümkün olmadığını vurğulayıb, Netanyahunun bu barədəki açıqlamalarını qınadığını bildirib.

Pedro Sançez "BMT-nin sülhü qorumaq və bu bölgədə sabitliyi təmin etmək səylərinin şübhə altına alınmasına dözməyəcəyik" deyə qeyd edib.

Digər xəbərlər