Türkiyənin Ticarət naziri Ömər Bolat Ukrayna ilə ticarət əlaqələrini gücləndirməyə önəm verdiyini bildirib
Türkiyənin Ticarət naziri Ömər Bolat Ukrayna ilə ticarət əlaqələrini gücləndirməyə, qarşılıqlı investisiyaları və ikitərəfli ticarət həcmini artırmağa önəm verdiyini bildirib. O, Türkiyəyə səfər edən Ukrayna Xarici işlər naziri Andrii Sibiha ilə bir araya gəlib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Bolat sosial media hesabından Sibiha ilə nazirlikdə keçirdikləri görüşlə bağlı paylaşım edib.
Türkiyənin Ukrayna ilə ticarət əlaqələrini gücləndirməyə, qarşılıqlı investisiyaları və ikitərəfli ticarət həcmini artırmağa önəm verdiyini vurğulayan Bolat "Ukraynanın ərazi bütövlüyünə hər zaman dəstək verən bir ölkə olaraq bölgəmizdə bərqərar ediləcək bir sülhün siyasi, iqtisadi və ticarət əlaqələrimizin inkişafına və Ukraynanın yenidən qurulması səyləri istiqamətində əməkdaşlığımıza müsbət təsir edəcəyinə inanırıq" ifadələrini işlədib.
BRİKS sammitindəki iştirakına görə.
...Ukrayna ilə danışıqlar üçün platformaya görə
Xoşbəxtliyini tapdı..?
Peskov Nabiullinanın “BRICS qanun layihəsi”nə reaksiyasından danışıb.
Putin Şimali Koreya hərbçilərinin xüsusi hərbi əməliyyatda mümkün iştirakı barədə danışıb
Dünən bölücü terror təşkilatı PKK üzvü iki terrorçunun TUSAŞ-a hücumu nəticəsində 5 nəfər həyatını itirdi