Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
SİA xəbər verir ki, Yelisey Sarayından verilən açıqlamaya görə, Makron və Netanyahu arasında telefon danışığı olub.
Makron oktyabrın 19-da pilotsuz uçuş aparatı (PUA) ilə Netanyahunun iqamətgahını hədəf alan hücumları "qəbuledilməz" adlandırıb və həmrəylik mesajı verib.
Fransanın İsrailin təhlükəsizliyinə sadiqliyini təkrarlayan Makron "Həmas" lideri Yəhya Sinvarın ölümünün "Qəzzada atəşkəs istiqamətində danışıqları yeni mərhələyə daxil etməsinə imkan yaratmasının vacib olduğunu dilə gətirib.
Makron İsrailin Livana hücumları kontekstində mülki infrastrukturların hədəfə alınmamasını, mülki əhalinin qorunmasını və tezliklə atəşkəsin təmin edilməsini tələb edib.
İsrail ordusunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Sülh Qüvvələrinə (UNIFIL) qarşı hərəkətlərini pisləyən Makron BMT-nin "Cənubi Livandakı rolunu tam şəkildə yerinə yetirməsini" istədiyini bildirib.
İki lider "Yaxın Şərqdə böhranların yayılmasında İranın məsuliyyətini" də müzakirə ediblər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...