PDF Oxu

Dünya

  • 2 590

Tornike Şaraşenidze: Gürcüstanda seçki kampaniyası demokratik keçir, amma qərbpərəst müxalifətin qələbə şansı azdır - ŞƏRH

Tornike Şaraşenidze: Gürcüstanda seçki kampaniyası demokratik keçir, amma qərbpərəst müxalifətin qələbə şansı azdır - ŞƏRH

Ötən bazar günü, oktyabrın 21-də minlərlə gürcü ölkədə parlament seçkiləri ərəfəsində Avropayönlü mitinqdə iştirak edib. “Gürcüstan Avropa İttifaqını seçir” şüarı ilə keçirilən nümayişdə Gürcüstan prezidenti Salome Zurabişvili də iştirak edib. Mitinq “Gürcüstanın Avropa Orbiti” qeyri-hökumət təşkilatı və “Mənim səsim Aİ-də” koalisiyası tərəfindən təşkil olunub. Bəzi analitiklərin fikrincə, bu aksiya müxalifətin seçki gününə- 26 oktyabra qədər davam edəcək kütləvi küçə yürüşlərinə səbəb ola bilər.

Gürcüstanda siyasi qarşıdurma nə dərəcədə kəskindir? Gürcüstan İctimai Əlaqələr İnstitutunun (GİPA) beynəlxalq münasibətlər üzrə magistr proqramının rəhbəri, professor Tornike Şaraşenidzenin “Caliber” analitik mərkəzinə verdiyi açıqlamaya görə, əgər Qərbdə bəzi qüvvələr demək olar ki, birbaşa olaraq hakim partiyanın itirilməsinin tərəfdarı olduqlarına işarə etdilər, seçkiləri və müxalifəti dəstəklədiyini bildirdilər, ardından təxminən bir həftə əvvəl ABŞ-ın Gürcüstandakı səfiri gürcü xalqının seçiminə hörmətlə yanaşacaqlarını və seçkilərdə qalib gələn partiya ilə çalışacaqlarını açıq şəkildə ifadə etdi.

“Bu arada, görünür, hakim partiya da konsensus axtarışındadır- məsələn, bəyanatlarında açıq şəkildə bildirir ki, seçkilərdən sonra bu münasibətləri yaxşılaşdırmaq üçün Qərblə münasibətləri bərpa edəcək. Lakin o, Rusiya ilə praqmatik münasibətləri inkişaf etdirməyə davam etməklə, Gürcüstanı müharibəyə sürükləmək cəhdlərinə hər cür müqavimət göstərəcəyinə dair xəbərdarlıq edib. Bu gün qüvvələr nisbəti təqribən 50-50-dir, lakin Gürcüstan müxalifətinin parçalandığını və müxalifət partiyalarından birinin beş faizlik səddini aşa bilməyəcəyi ehtimalını nəzərə alsaq, deyə bilərik ki, hakim partiyanın qarşıdan gələn seçkilərdə qalib gəlmək üçün yaxşı şans var”,- politoloq hesab edir.

Onun fikrincə, Gürcüstanda seçkilərə bir həftədən az vaxt qalmasına və bu müddət ərzində ictimaiyyətin siyasi üstünlüklərinin köklü şəkildə dəyişməsinin mümkünsüzlüyünə baxmayaraq, Moldovada seçkilərin nəticələri də seçkilərə və Aİ-nin Gürcüstandakı mövqeyi mənfi təsir göstərə bilər.

“Çünki bəziləri Moldovanın Avropaya inteqrasiya yolunda uğurlu islahatlar nümunəsi kimi təqdim edildiyini deyirdi, amma birdən məlum oldu ki, bu, tamamilə doğru deyil. Məncə, gürcü cəmiyyətində, yuxarıda qeyd etdiyim kimi, gürcü müxalifəti arasında təhlükəli parçalanma var; Gürcüstan cəmiyyətində kifayət qədər qütbləşmə var, lakin bu, Gürcüstandakı vətəndaş müharibəsindən sonra 90-cı illərin əvvəllərində yaranıb. “Xarici agentlər haqqında qanun” olmasaydı, hesab edirəm ki, Gürcüstanda aparıcı siyasi qüvvənin seçilməsi ilə bağlı problemlər ümumiyyətlə yaranmazdı. Fikrimcə, Qərb də daxil olmaqla, bir çox qüvvələr “GA-nın” dördüncü müddətə qalacağı ilə çoxdan barışıblar, lakin məntiqin əksinə olaraq, qalmaqallı qanunlar üçün lobbiçilik ediblər və beləliklə, ölkə hakimiyyəti öz mövqelərini sarsıdıb. Əgər bu qanunlar olmasaydı, Gürcüstanda nə mitinqlər, nə də müxalifətin təsir imkanları artmazdı.

Fikrimcə, seçkilər normal şəraitdə keçirilsə və Qərbdə heç kimin onların keçirilməsində günah axtarmağa əsası olmasa, Avropa və ABŞ “Gürcü arzusu”nun qələbəsini qəbul etməyə və qaliblə dialoqa hazır olacaqlar. Sadəcə ona görə ki, ölkədə ümumilikdə demokratiya ilə bağlı vəziyyət müsbətdir: müxalifətin öz telekanalları var və onları heç kim bağlamır, məsələn, Gürcüstanda seçkilər xüsusi elektron formatda keçirilir. Mən ölkə parlamentinin yaxınlığındakı küçələrdə aksiyaların qızğın həddi aşmasını gözləmirəm, vəziyyət ümumən normal və sakitdir- xüsusən də ATƏT müşahidəçiləri bir aydan çoxdur Gürcüstandadırlar və hesabatlarında qeyd edirlər ki, Gürcüstan parlamentinə seçkiqabağı kampaniya həddi aşmadan və heç bir əsas olmadan keçirilir və ya heç bir narahatlıq yoxdur”, - deyə T.Şaraşenidze yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər