Dünya

  • 714

Məsud Pezeşkiyan: ''İsrailin təxribatına layiqli cavab veriləcəkdir''

image

İran prezidenti Məsud Pezeşkiyan müharibə istəmədiklərini, lakin öz hüquqlarını müdafiə edəcəklərini və İsrailin təcavüzünə layiqli cavab verəcəklərini bildirib. SİA Türkiyə saytlarına istinadən xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Məsud Pezeşkiyan bu fikirləri Tehranda keçirilən Nazirlər Kabinetinin iclasında ifadə edib.

Məsud Pezeşkiyan çıxışında İsrailin ölkəsinə hücumuna toxunub.

"Biz müharibə istəmirik, xalqımızın və ölkəmizin hüquqlarını müdafiə edəcəyik. Sionist rejimin təcavüzünə layiqli cavab verəcəyik",-deyə Məsud Pezeşkiyan vurğulayıb.

O, ABŞ-ın İsrailin bölgədəki təcavüzünü dəstəklədiyinə də diqqət çəkərək, İsrailin hücumlarının davam edəcəyi təqdirdə gərginliyin artacağını vurğulayıb.

Məsud Pezeşkiyan Qərb liderlərinin onlara İsrailin Qəzzaya hücumlarının dayandırılacağına dair söz verdiklərini, lakin bu sözlərin yerinə yetirilmədiyini xatırladıb.

Xatırladaq ki, İsrail oktyabrın 1-də İranın raket hücumlarına cavab olaraq oktyabrın 26-da İrandakı hərbi obyektlərə hücum edib.

İsrail hücumun "uğurla" tamamlandığı bildirib. İran, Tehranda və qərbdəki Xuzistan və İlam əyalətlərindəki bəzi hərbi məntəqələrin hədəf alındığını, hava hücumundan müdafiə sistemlərinin hücumlara "uğurla" müqavimət göstərdiyini, lakin bəzi bölgələrə ziyan dəydiyini açıqlayıb.

Hücumlar nəticəsində 4 əsgər və 1 mülki vətəndaşın həyatını itirdiyi bildirilib.

Digər xəbərlər