Dəhşətli görüntülərin narahatedici olduğunu qeyd edərək bu qüvvələrin kütləvi qətl və təcavüz əməlləri törətdiyinin bildirildiyini vurğulayıb
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə xüsusi nümayəndəsi Cozep Borrel Sudanda 18 aydır ordu ilə münaqişədə olan Çevik Dəstək Qüvvələrinin (ÇDQ) ölkənin mərkəzi bölgələrində yerləşən Cəzira əyalətində etdiyi hücumlarla bağlı "X" hesabında yazıb: "Dəhşətli görüntülər narahatedicidir. Bu qüvvələr kütləvi qətl və təcavüz əməlləri törədib. Mülki şəxslərə qarşı qətliamlar dayandırılmalı və cinayətkarlar məsuliyyətə cəlb edilməlidir. Aİ ədalətin təminatına davam edəcək."
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ÇDQ-nin 25 oktyabr 2024 tarixində ölkənin mərkəzi bölgələrində yerləşən Cəzira əyalətində etdiyi hücumlarda 124 nəfər həyatını itirib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...