İsrail dövlət televiziyası KAN və “Kanal 12”nin xəbərlərində rəsmi Tel-Əvivin Misirin təklifini qəbul etmədiyi bildirilib
"Misir əvvəlcə Qəzza zolağında müvəqqəti atəşkəs sazişi bağlamağı və anklavda tam atəşkəsə keçməzdən əvvəl bir neçə girovu azad etməyi təklif edib".
SİA-nın əldə etdiyi məlumata görə, TASS xəbər verir ki, bu sözləri Misir prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə əlcəzairli həmkarı Əbdülməcid Təbbun ilə keçirilən mətbuat konfransında deyib.
"Misir son günlərdə müvəqqəti atəşkəs və dörd girovun İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsi təşəbbüsünü təşviq etmək üçün fəal səylər göstərir... Müvəqqəti razılaşma əldə edildikdən sonra Qəzzada uzunmüddətli atəşkəsə keçidlə bağlı 10 gün ərzində məsləhətləşmələr aparılmalıdır", - deyə o əlavə edib.
Bu arada, İsrail mediası hökumətdəki əksər nazirlərin dəstəyinə baxmayaraq, baş nazir Benyamin Netanyahunun Misir prezidenti Əbdülfəttah əs-Sisinin Qəzzada qısamüddətli atəşkəs təklifini rədd etdiyini yazıb.
İsrail dövlət televiziyası KAN və "Kanal 12"nin xəbərlərində rəsmi Tel-Əvivin Misirin təklifini qəbul etmədiyi bildirilib.
"Kanal 12"nin internet saytındakı xəbərdə yazılır ki, "İsrail hökumətindəki əksər nazirlər Misirin təklifini dəstəkləsə də, Benyamin Netanyahu buna qarşı çıxdı". Netanyahu "Məhbus mübadiləsi danışıqları Qəzzaya hücumlar davam etdikcə davam edəcək" deyib. İsrail təhlükəsizlik qüvvələri isə Misirin təklifini dəstəkləyib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...